Qadınlardan ibarət milli komandamızın hücumçusu Sevinc Cəfərzadə karyerasınə yeni klubda davam etdirəcək.

Rekord.az xəbər verir ki, millimizin 25 yaşlı hücumçusu Rusiyanın "Yenisey" klubu ilə 1 illik müqavilə bağlayıb.

Futbolçumuz daha əvvəl Rusiyada "Donçanka", ən sonda isə "Kubanoçka"da oynayıb, bu komanda ilə Rusiya çempionatının bürünc medalını qazanıb. O, "Kubanoçka"da 12 oyunda meydana çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini edib