“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
- 28 Avq 2024 01:05
- 198
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, üç qarşılaşmada cütün qalibi bəlli olub.
Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə “Yanq Boyz”a uduzan “Qalatasaray” İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb.
"Zalsburq" Kiyev "Dinamo"sunu, "Sparta" isə "Malmö"nü mübarizədən kənarlaşdırıb.
Pley-offa avqustun 28-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
“Qalatasaray” (Türkiyə) - “Yanq Boyz” (İsveçrə) 0:1 (ilk oyun 2:3)
“Zalsburq” (Avstriya) - “Dinamo” (Kiyev, Ukrayna) 1:1 (2:0)
“Sparta” (Praqa, Çexiya) - “Malmö” (İsveç) 2:0 (2:0)