“Qalatasaray” futbolçusunu icarəyə verdi
- 05 Yan 2020 13:21
- 766
Türkiyə çempionu “Qalatasaray” futbolçusu Celil Yükseli icarəyə göndərib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçisini “Adanaspor”a icarəyə verib.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Celil Yüksel mövsümün sonunadək “Adanaspor”un uğurları üçün çalışacaq. İstanbul klubu oyunçusunu TFF 1-ci liqa təmsilçisinə təmənnasız göndərib.
Qeyd edək ki, Celil Yüksel bu mövsüm “Qalatasaray”ın əsas komandasında meydana çıxmaq şansı qazanmayıb. Gənc futbolçunu heyətinə qatan “Adanaspor” TFF 1-ci liqada 12 xalla 17-ci pillədə qərarlaşıb.