“Qalatasaray” müqaviləsinə xitam verdi, Fransa klubuna keçdi
- 01 Fev 2020 11:40
- 666
Türkiyə çempionu “Qalatasaray” fransalı yarımmüdafiəçisi Stiven Nzonzi ilə müqaviləsinə xitam verib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan bir illik icarəyə götürülən futbolçu bir müddət əsas heyətdə oynasa da, ilk dövrənin sonlarında baş məşqçi Fatih Terim onu intizamsız davranışlarına görə əvəzedici komandaya göndərmişdi.
“Qalatasaray” müqaviləyə vaxtından öncə xitam verdikləri üçün “Roma”ya və futbolçunun özünə heç bir təzminat ödənilməyəcəyini açıqlayıb.
Artıq Nzonzinin yeni komandası da məlumdu. Fransalı yarımmüdafiəçi ölkəsinin “Renn” klubuna keçib. O, bu komandada da mövsümün sonuna kimi icarədə oynayacaq.
31 yaşlı futbolçu “Qalatasaray”da 15 rəsmi oyuna çıxıb.
Yeri gəlmişkən, Türkiyə çempionu da heyətinə yeni oyunçu cəlb edib. İstanbul təmsilçisi “Boluspor”un 18 yaşlı yarımmüdafiəçisi Erkan Süeri heyətinə qatıb. Bu barədə “Boluspor”un rəsmi saytı məlumat yayıb.