“Qalatasaray” onunla yeni müqavilə imzaladı, sonra icarəyə verdi
- 29 İyl 2024 17:40
- 162
"Qalatasaray" yetirməsi Cankat Yılmaz illə peşəkar müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı qolkiperlə sözləşmə 2027-ci ilin yayınadək nəzərdə tutulub. İstanbul təmsilçisi Yılmazı dərhal icarəyə göndərib. O, 2024/25 mövsümünün sonunadək 1-ci liqa təmsilçisi "Adanaspor"un formasını geyinəcək.
Cankat Yılmaz Türkiyənin gənclərdən ibarət milli komandalarında da oynayıb.