“Qalatasaray” qələbəni əldən verdi, “Real”la PSJ heç-heçəyə razılaşdı
- 27 Noy 2019 02:17
- 882
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
A qrupunda “Qalatasaray” “Brügge”ni qəbul edib. İstanbul klubu bu oyunda qələbəni əldən verib. Qrupun digər matçında “Real” da PSJ ilə üz-üzə gəlib. Madrid təmsilçisi də 2 top üstünlüyü əldən verməsi ilə diqqət mərkəzinə düşüb.
B qrupunda “Bavariya” “Srvena Zvezda”nı 6 cavabsız qolla məğlub edib. “Olimpiakos” isə “Tottenhem”in qonağı olub və məğlubiyyətlə üzləşib.
C qrupunda “Mançester Siti” “Şaxtyor”la heç-heçəyə razılaşıbsa, “Atalanta” Zaqreb “Dinamo”sunu məğlub edib.
D qrupu çərçivəsində “Lokomotiv” “Bayer”ə məğlub olubsa, “Atletiko” da “Yuventus”la qarşılaşmada minimal hesabla uduzub.
UEFA Çempionlar Liqası
26 noyabr
A qrupu
Qalatasaray (Türkiyə) – Brügge (Belçika) 1:1
Qol: A.Böyük, 11 – Diatta, 90+2.
Real (İspaniya) – PSJ (Fransa) 2:2
Qol: Benzema, 17; 79 – Mbappe, 81; Sarabia, 83.
D qrupu
Lokomotiv (Moskva, Rusiya) – Bayer (Leverkuzen, Almaniya) 0:2
Qol: Cemaletdinov, 11-öz qapısına. Bender, 54.
Yuventus (İtaliya) – Atletiko (İspaniya) 1:0
Qol: Dibala, 45+2.
C qrupu
Atalanta (İtaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Qol: Muriel, 27. A.Qomes, 47.
Mançester Siti (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 1:1
Qol: İ.Gündoğan, 56 – Solomon, 69.
B qrupu
Srvena Zvezda (Serbiya) – Bavariya (Almaniya) 0:6
Qol: Qoretska, 14. Levandovski, 53; 60; 64; 68. Tolisso, 90.
Tottenhem (İngiltərə) – Olimpiakos (Yunanıstan) 4:2
Qol: D.Alli, 45+1. H.Keyn, 50; 77. Orye, 73 – El Arabi, 6; Semedo, 19.