"Trabzonspor"la oyunda ayağından zədə alan "Qalatasaray"ın qapıçısı Musleranın son durumu məlum olub.

Rekord.az xəbər verir ki, dünən son müayinədən sonra futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Oyundan dərhal sonra həkimlərin açıqladığı ilkin məlumatda da qapıçının 4-6 həftə futbol oynaya bilməyəcəyi açıqlanmışdı. Bu arada, Musleranın zədəli olduğu müddətdə "Qalatasaray" yeni qapıçı almayacaq. Baş məşqçi Okan Buruk Muskera sağalana qədər Okan Koçla yola davam edəcəklərini açıqlayıb.