“Qalatasaray”da yeni müqavilə
- 18 Yan 2020 17:40
- 847
Türkiyə çempionu “Qalatasaray” gənc futbolçusu Atalay Babacanın müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
19 yaşlı oyunçu İstanbul klubu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb.
Babacan “Qalatasaray”ın öz yetirməsidi. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaqdı.
Atalay İstanbul klubunun əsas komandasının heyətində Türkiyə kuboku çərçivəsində 3 oyuna çıxıb, 1 qola imza atıb.