“Qalatasaray”dan 2 transfer – rəsmən açıqlandı
- 04 Yan 2020 11:40
- 765
Türkiyənin “Qalatasaray” klubu heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi Henri Onyekuru və Marselo Saraççini icarəyə götürəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada hər iki futbolçunun transferi ilə bağlı klubları ilə danışıqlara start verildiyi rəsmən təsdiqlənib.
21 yaşlı uruqvaylı sol cinah müdafiəçisi Saraççi Almaniyanın “Leyptsiq” klubundan mövsümün sonunadək icarəyə götürüləcək. Ötən mövsümü məhz “Qalatasaray”da keçirmiş Onyekuru da Fransanın “Monako” klubundan 6 aylıq icarəyə götürüləcək.