“Qalatasaray”dan “Dinamo” ilə heç-heçə
- 21 Yan 2025 21:33
- 49
Avropa Liqasının Liqa mərhələsinin 7-ci turuna start verilib.
Rekord.az xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.
Türkiyə çempionu "Qalatasaray" doğma meydanda Kiyev "Dinamo"su (Ukrayna) ilə qarşılaşıb. Turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.
“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançes (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.
"Qalatasaray" 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. "Dinamo" isə ilk xalını əldə edərək sonuncu - 36-cı pillədə qərarlaşıb.