“Qalatasaray”ın futbolçusu bir aylıq sıradan çıxıb
- 02 Dek 2024 16:40
- 73
Türkiyə Super Liqasının 14-cü turunda "Eyüpspor"la oyunda zədələnən "Qalatasaray"ın futbolçusu Abdülkərim Bardakcının durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Yerli mətbuat Türkiyə millisinin üzvünün təxminın 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
"Qalatasaray" "Eyüpspor"la heç-heçə edib – 2:2.