“Qalatasaray”ın hücumçusu uzun müddətə sıradan çıxdı
- 08 Noy 2024 16:05
- 103
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardi uzun müddətə sıradan çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"ə qarşı (3:2) matçda çarpaz diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.
İkardi 2023-cü ilin yayında PSJ-dən "Qalatasaray"a transfer edilib. Ön xətt oyunçusu bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.