“Qalatasaray”ın sabiq oyunçusu baş məşqçi təyin edildi
- 02 Okt 2024 13:40
- 153
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq müdafiəçisi Ergün Pembe aşağı liqa klubunda çalışacaq.
Rekord.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkəsinin 2-ci liqasında çıxış edən "Mersin İdman Yurdu"nun baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.
Pembe 1994-2006-cı illərdə Türkiyə millisində, 1994-2007-ci illərdə isə "Qalatasaray"da çıxış edib.