Bu ilin iyun ayında "Qalatasaray"dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək.


O, yüksək liqa təmsilçisi "Sparta” (Rotterdam) ilə 1+1 illik müqavilə imzalayıb.


Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol vurub, 5 assistlə yadda qalıb.