Qalib idmançılara vergi güzəştləri tətbiq olunacaq
- 18 Noy 2022 16:31
- 396
İdman yarışlarının qaliblərinə vergi güzəştlərinin tətbiq olunmasına dair layihə birinci oxunuşdan keçib.
Rekord.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.