
Qar daha bir oyunla bağlı dəyişikliyə səbəb oldu
- 20:00
- 39
Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub.
Rekord.az xəbər verir ki, bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib.
Bu məqamı nəzərə alan Peşəkar Futbol Liqası “Zaqatala” PFK-nın müraciəti və MOİK-in də razılığı əsasında 1-ci Liqanın 16-cı turu çərçivəsində fevralın 28-də keçirilməli olan “Zaqatala” – MOİK oyununun yerini 3-cü dövrədə baş tutacaq, 24-cü turun MOİK – “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib.
Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək. Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.