Güclü qar yağışı səbəbindən əvəzedicilər liqasının 24-cü turundan təxirə salınmış “Zirə-2” – “Kəpəz-2”, “Şamaxı-2” – “Turan Tovuz-2” oyunlarının təqvimi müəyyənləşdirilib.


Rekord.az PFL-ə istinadən oyunların vaxtını diqqətinizə çatdırır:


27 fevral


“Zirə-2” – “Kəpəz-2”

“ASCO Arena”, 13:00


28 fevral


“Şamaxı-2” – Turan Tovuz-2” 

Şamaxı şəhər  stadionu, 13:00