“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda Kiprin AEL komandasına qarşı keçirəcəyi cavab oyununun biletləri avqustun 6-da satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "İticket.az" saytından, "FAW Azərbaycan"dan və Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.