“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 3 mini qalıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabah keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.