Qadın həndbolçular arasında Azərbaycan çempionatında 5-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə “AHF Arena”da iki oyun keçirilib.

Lider “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Bakı”nı asanlıqla məğlub edərək (41:12), ardıcıl 5-ci qələbəsini qazanıb.

“İdman Akademiyası” ilə “Gənclər Birliyi” arasında baş tutan mübarizədən isə birincilər qalib ayrılıblar – 28:20.

Turun son oyunu dekabrın 16-da “Azəryol”la “Kür” arasında keçiriləcək. Dekabrın 16-17-də isə kişilər arasında ölkə çempionatında 5-ci turun qarşılaşmaları baş tutacaq.