Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında 6-cı tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 görüş keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında mərkəzi qarşılaşma “Qarabağ”la “Kür” arasında oynanılıb. Gərgin keçən matçda ən yaxın izləyicisini çətinliklə üstələyən “Qarabağ” yoluna itkisiz davam edib.

Kişilərin liqasında isə “Bakı” “İdman Akademiyası”nı üstələyərək, liderə yaxınlaşıb.

Qeyd edək ki, bu gün qadınlarda “Gənclər Birliyi” – “Azəryol”, kişilərdə isə “Azəryol” - “Təhsil” və “Qarabağ” – “Dinamo” oyunları keçiriləcək.

Azərbaycan çempionatı
6-cı tur

Qadınlar
“İdman Akademiyası” - “Bakı” 35:22
“Qarabağ” – “Kür” 29:25

Kişilər
“İdman Akademiyası” - “Bakı” 20:37