“Qarabağ” çox güclü idi” - “Linkoln”un baş məşqçisi
- 30 İyl 2024 22:43
- 161
"Linkoln"un baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Rekord.az xəbər verir ki, Cəbəllütariq təmsilçisinin baş məşqçisi Bakıda 0:5 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma "Qarabağ" çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq. Həqiqətən çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandası var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır”.