Adı "Qarabağ"ın transfer siyahısında yer alan yeni futbolçunun kimliyi məlum olub.

Rekord.az xəbər verir ki, Ağdam klubu Yunis Abdulhamidlə danışıqlar aparır.

32 yaşlı müdafiəçi mərakeşlidir. 2016-cı ildən dəvət aldığı ölkəsinin əsas yığmasında 2 oyun keçirib. O, 2017-ci ildən Fransada "Reyms"in formasını geyinir. Yunis Liqa 1-də mübarizə aparan hazırkı klubuna digər fransız komandası "Dijon"dan keçib.

Ərəb legioner ona qədər "Arl-Avinyon" və Valensienn"in şərəfini qoruyub. Azərbaycan çempionu "Reyms"də 4 qol vuran müdafiəçiyə 2 illik müqavilə təklif edib.

Bu, Azərbaycan çempionunun Fransanın transfer bazarında diqqətini çəkən ikinci mərakeşlidir. Hazırda Mərakeş yığmasınıa dəvət alan daha bir futbolçu da "Qarabağ"ın uğurları üçün çalışır. Söhbət yayda Ağdam klubuna qoşulan Rerras Faysaldan gedir. 2 illik müqavilə imza atan 26 yaşlı cinah müdafiəçisi sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib. (sportinfo.az)