Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında 2 futbolçu hazırlıqda iştirak etməyib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ” klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri – İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.