Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" heyətini gücləndirmək yolunda axtarışları da davam etdirir.

Rekord.az xəbər verir ki, bu yolda "köhlən atlar"a təklif olunan növbəti futbolçunun kimiliyi bizə məlum olub.

Söhbət Gürcüstan millisinin forvardı Budu Zivzivadzedən gedir.

Hazırda Macarıstan təmsilçisi "Fehervar"ın şərəfini qoruyan təcrübəli oyunçu heç də bizə yad sima deyil.

Belə ki, o, ötən ay hazırkı komandasının forması ilə Konfrans Liqasındakı təmsilçimiz "Qəbələ"yə qarşı hər iki matçda da fərqlənməyi bacarıb. İlk matçda son qola (1-4), cavab matçında isə bərabərlik qoluna (2-1) adını yazdırıb

28 yaşlı futbolçu ölkəsində "Dinamo"(Tbilisi), "Torpeda", "Samtredia" və digər Macarıstan təmsilçisi "Uypeşt" kimi komandaların şərəfin qoruyub.

Zivzivadze Gürcüstan yığmasında 13 matçda forma geyinib və 3 qol vurmağı bacarıb.