“Qarabağ” hücumçusu ilə yollarını ayırdı
- 09 Sen 2024 17:20
- 167
"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
Hamidu Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.