
“Qarabağ” “Kəpəz”lə, “Sabah” “Zirə” ilə “sülh bağladı”
- 15 Mar 2025 21:25
- 35
Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Kəpəz” Tovuzda lider “Qarabağ”la üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Günün digər oyunu isə “Sabah”la “Zirə” arasında keçirilib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Şamaxı”nın görüşü heç-heçə bitib – 1:1. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
27-ci tur
15 mart
“Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 17:00.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borges, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
“Sabah” – “Zirə” 1:1
Qollar: Jesse Sekidika, 34 – Davit Volkov, 63.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:30.
Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.