“Qarabağ”ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Rekord.az xəbər verir ki, əlcəzairli hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Qarabağ” kimi böyük komandaya qoşulduğum üçün çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm”.

Xatırladaq ki, Fransanın "Dijon" klubundan transfer edilən 29 yaşlı vingerlə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.