"Qarabağ" məşqləri bərpa edir
- 31 Mar 2020 14:00
- 1078
"Qarabağ" aprel ayından etibarən məşqlərini bərpa etəyi düşünür.
Rekord.az xəbər verir ki, Ağda klubu aprelin 6-da bir araya gəlməyi düşünür.
Bu haqda məlumatı "Futbol plus" qəzetinə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. O, maaşlarla bağlı məsələyə də aydınlıq gətirib: "Hazırda klub və komanda olaraq məlum hadisə ilə bağlı istirahətdəyik. Aprelin 6-da bir araya gələcəyik. Yəqin ki, dediyiniz mövzuya da həmin vaxt baxılacaq. Martdakı ödənişlər tam ödənilib, sonrakı aylara görə nəzərdə tutulan əməkhaqqılara baxılacaq”.