
“Qarabağ” - "Neftçi" matçının biletləri satışa çıxarıldı
- 14 Apr 2025 13:20
- 82
Premyer Liqanın 31-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - "Neftçi" matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletlər bu gün saat 12:00-dan etibarən satışdadır.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.