"Neftçi"nin kapitanı Emin Mahmudov yayda klubunu dəyişə bilər. 

 

Rekord.az xəbər verir ki, Qurban Qurbanov yarımmüdafiəçini "Qarabağ"a dəvət edib.

 

Nikola Yurçeviçin millidə əsas heyətə yaxın buraxmadığı orta sahə oyunuçusuna Ağdam klubunun baş məşqçisi tərəfindən 3 illik müqavilə təklif olunub.

 

"Qarabağ" Mahmudova ilk belə çağırışı 2018-ci ilin yayında edib. Həmin vaxt şifahi razılıq var idi, sadəcə, "Neftçi" rəhbərliyi kapitanın müqavilə şərtlərini yaxşılaşdıraraq, keçidin reallaşmasına mane ola bilmişdi. (sportinfo.az)