Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Turan Tovuz” doğma meydanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşıb. Bu görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu iki əzəli rəqib - “Neftçi” ilə “Qarabağ” arasında keçirilib. Son iki oyunda qələbə qazanmış “ağ-qaralar” uğurlu seriyanı güclü rəqiblə oyunda da davam etdirmək istəyirdilər. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Turun açılış oyununda “Sumqayıt” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Kəpəz” – “Şamaxı” və “Səbail” – “Sabah” matçları sabah keçiriləcək.

Misli Premyer Liqası
23-cü tur

16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:0
Qol: Hayderson Hurtado, 86.
Qırmızı vərəqə: İqor Ribeyro, 48.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 9. Kristian da Silva, 32. Hayderson Hurtado.
Baş məşqçi: Kurban Berdıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” – “Qarabağ” 0:1
Qol: Marko Yankoviç, 89-pen.
Qırmızı vərəqə: Kevin Medina, 22.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
“Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 99. Mateuş Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 9. Kadi Borges, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.