Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Rekord.az “cordobadeporte.com” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Leqanes” klubunun futbolçusu Kvabena Ovusunu transfer etməyə yaxındı.

“Leqanes”lə “Qarabağ” arasında artıq razılaşma əldə olunduğu da bildirilir. 22 yaşlı hücumçu hazırda icarə əsasında “Kordoba” klubunda çıxış edir.

İspaniyanın B Sequndasında mübarizə aparan komanda ilə bu mövsüm 16 oyuna çıxan qanalı futbolçu 6 qol vurub. Ovusunun “Kordoba” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdi.