«Qarabağ» - «Sabah» oyununda kobud hakim səhvləri VİDEO
- 02 Mar 2020 13:00
- 829
Premyer Liqanın dünən keçirilən 19-cu turunun «Qarabağ» - «Sabah» qarşılaşması kifayət qədər maraqlı və mübahisəli keçdi.
Xüsusən ikinci hissədə qeydə alınan epizodlar geniş müzakirələrə yol açdı. Xayme Romeronun penalti və qol fraqmenti üzərindən fikirlər haçalandı.
Hakimlər hər iki epizodda ciddi səhvə yol verdi. Elçin Məsiyev və köməkçiləri olanları düzgün qiymətləndirməməklə, tərəflərin əsəbləriylə «oynadı».
İlk epizodda penaltidən öncə oyundankənar vəziyyət var idisə, ikincidə topun Maksim Medvedevdən küncə çıxdığı görünür.
Rekord.az ispaniyalı yarımmüdafiəçinin baş rol aldığı həmin mübahisəli məqamları təqdim edir: