“Qarabağ” “Sabah”ı tək qolla yendi
- 02 Dek 2019 21:52
- 1434
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
Lider “Qarabağ” səfərdə “Sabah”la üz-üzə gəlib. Ağdam klubu bu oyunda qələbə qazanmaqla izləyiciləri ilə xal fərqini artırmağı hədəfləmişdi. İlk dövrədə bu rəqibinə 0:2 hesabıyla uduzmuş “Sabah” isə həm həmin yenilgisinin qisasını ala, həm də turnir cədvəlində “Zirə”ni qabaqlaya bilərdi. Lakin bu komanda yeni baş məşqçisi Jelko Sopiçin debüt matçında minimal hesabla məğlub olub.
Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” “Sumqayıt”a (2:1), “Qəbələ” “Zirə” (3:0) qalib gəlib, “Səbail” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib - 0:0.
Azərbaycan Premyer Liqası
13-cü tur
2 dekabr
“Sabah” – “Qarabağ” 1:0
Qol: A.Zubir, 74.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Masazır. “Bank Respublika Arena”, 20:00.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Ailton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.