“Qarabağ” son çempionu darmadağın etdi
- 25 Okt 2019 17:30
- 935
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də 3 qarşılaşma keçirilib.
“Səbail-2” “Qaradağ Lökbatan”ı 5 cavabsız qolla məğlub edib. “Qarabağ”ın əvəzediciləri də son çempion MOİK-lə ev oyununda darmadağına sevinib. “Neftçi-2” isə səfərdə “Zirə”nin əvəzediciləri ilə oyundan qələbə ilə ayrılıb.
Birinci Divizion
8-ci tur
25 oktyabr
Qarabağ-2 – MOİK 4:1
Qol: Cavid Bayramov, 28. Famin Əliyev, 71. Musa Qurbanlı, 77; 83 – Ümid Şükürlü, 33.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Kərim Zeynalov, Etibar Həsənov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
Zirə-2 – Neftçi-2 0:1
Qol: Əmrah Bayramov, 34.
Qırmızı vərəqə: Elçin Bayramov, 90+4 (“Zirə-2”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Elxan Əsgərzadə, Səbuhi Bayramov.
“AZAL Arena”.
Səbail-2 – Qaradağ Lökbatan 5:0
Qol: Vidadi Cəfərov, 7; 50. Ramil Orucov, 53. Əli Sadıxov, 66; 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Əmrahov, Zöhrab Abbasov, Namiq Bəkirov.
“ASCO Arena”.
8-ci turda “Turan Tovuz” komandası istirahət edib. Turun ötən gün baş tutan oyunlarında isə bu hesablar qeydə alınıb:
Ağsu – Sumqayıt-2 3:0
Sabah-2 – Keşlə-2 1:1
Zaqatala – Kəpəz 3:0