Asmir Beqoviçlə icarə müqaviləsi başa çatan "Qarabağ" ehtiyatlı tərpənib.

Rekord.az xəbər verir ki, Ağdam klubu gənclər yığmasına da çağırılan Nicat Mehbalıyevi "Sumqayıt" klubundan geri qaytarıb. Qurban Qurbanov onu üçüncü qapıçı kimi əsas komandaya götürüb.

Beqoviç müqavilə ilə "Bornmut"a məxsusdur və "Qarabağ"da icarə müddəti bitib. İngiltərə klubu bosniyalı kiperini bir daha icarəyə vermək istəmir. Fikirləri onu birdəfəlik satmaqdır. Transfer qiyməti isə 10 milyon avrodan başlayır. (sportinfo.az)