“Qarabağ” “Tottenhem”ə səfərdə uduzdu
- 27 Sen 2024 01:29
- 150
“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində ilk oyuna çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu səfərdə İngiltərənin “Tottenhem” komandası ilə üz-üzə gəlib.
Londondakı “Tottenhem” arasındakı baş tutan oyunu Fransadan olan hakimlər briqadası idarə edib.
İngiltərə təmsilçisi doğma meydanda baş tutan bu oyunda darmadağına sevinib. Azərbaycan çempionu da güclü rəqiblə çətin səfər oyununda ən azı uduzmamaq üçün mübarizə aparıb. Amma təəssüf ki, rəqibin hətta ilk dəqiqələrdən azlıqda qalması da bu yolda Ağdam klubuna kömək etməyib.
Xatırladaq ki, Avroliqanın Liqa mərhələsində “Qarabağ”ı daha 7 komanda ilə görüş gözləyir.
Avropa Liqası
Liqa mərhələsi
26 sentyabr
Tottenhem – Qarabağ 3:0
Qollar: Brennan Conson, 12. Pape Sarr, 53. Dominik Solanke, 68.
Matçın 58-ci dəqiqəsində Toral Bayramov penaltidən yararlana bilməyib (qapı tiri).
Qırmızı vərəqə: Radu Draquşin, 8.
Baş hakim: Villi Delajo (Fransa).
London. “Tottenhem” stadionu.
Tottenhem: 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: Forster, Austin, Maddison, Udogie, Verner, Kuluşevski, Pedro, Bentanku, Lankserar, Moore.
Baş məşqçi: Angelos Postekoqlu.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday.
Baş məşqçi: Qurban Qurbanov.