"Qarabağ" üçün 20 mühafizəçi
- 05 Noy 2019 11:00
- 1042
"Qarabağ" noyabrın 7-də Avropa Liqasının qrup mərhələsinin oyunları çərçivəsində APOEL ilə qarşılaşacaq. Ağdam təmsilçisi bu gün saat 18:00-da Kiprə yola düşəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu Nikosiyada ciddi nəzarət altında olacaq. UEFA-nın tələbiylə təhlükəsizlik tədbirlərini güclənlirən APOEL hava limanından başlayaraq "Qarabağ"ın mühafizəsini təmin edəcək.
Kipr klubu bu məqsədlə 20 nəfərlik təhlükəsizlik əməkdaşını səfərbər edib. Onlar oteldə də "Qarabağ"la bir yerdə qalacaq. Oyunöncəsi son məşqdə isə mühafizəçilərin sayı 2 dəfə artırılacaq.