“Qarabağ” üçün maraqlı püşk
- 22 İyl 2024 15:45
- 238
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln” – “Qarabağ” cütünün Avroliqadakı mümkün rəqibi də müəyyənləşib.
Bu cütdə uduzan tərəf Avropa Liqasının 3-cü mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.
Maraqlıdır ki, “Linkoln” – “Qarabağ” cütünün qalibi də ÇL-in 3-cü mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.