“Qarabağ” və “Neftçi” irəlilədi
- 25 Mar 2020 21:00
- 973
“Football World Rankings” portalı dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi - "Qarabağ" və "Neftçi" yer alıb.
Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu yerdə qərarlaşıb.
"Neftçi"nin də mövqeyində dəyişiklik olub. Bakı təmsilçisi 818 xalla 678-ci pillədən 674-cü sıraya yüksəlib.
Siyahıya UEFA Çempionlar Liqasının sonuncu qalibi “Liverpul” (İngiltərə) başçılıq edir. “Flamenqo” (Braziliya) ikinci, “Barselona” üçüncü pillədə qərarlaşıb.