
“Qarabağ” və “Sabah” finalda!
- 23 Apr 2025 21:58
- 42
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları keçirilib.
Rekord.az xəbər verir ki, oyunlar eyni günə təsadüf edib.
Öncə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Ağdam təmsilçisi səfər oyunundakı məğlubiyyətin əvəzini çıxmağa çalışıb və buna 3 cavabsız qolla nail olaraq finala yüksəlib.
İkinci finalçı “Sabah” - “Neftçi” görüşündə müəyyənləşib. Bu komandaların ilk oyununda isə “Sabah” qalib gəlmişdi. Cavab görüşündə qalib müəyyənləşməyib və "Sabah" ikinci finalçı olub.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
“Qarabağ” – “Araz-Naxçıvan” 3:0
Qollar: Yassin Benzya, 65. Nəriman Axundzadə, 70. Toral Bayramov, 77-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 0:1.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah” – “Neftçi” 1:1
Qollar: Jesse Sekidika, 23 - Emin Mahmudov, 40.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Bank Respublika Arena”.
İlk oyun - 2:1.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.