"Qarabağ" qış fasiləsində heyətini bir müdafiəçi ilə də gücləndirəcək.

 

Rekord.az-a daxil olan məlumata görə, həmin müdafiəçi Cənubi Amerikadan ola bilər.

 

Çünki qış transfer dönəmində Avropada boş olan güclü futbolçu tapmaq çətin olur. Cənubi Amerika qitəsində isə çempionatları fərqli reqlamentlə keçirildiyindən axtardığını futbolçunu tapa bilirsən.

 

Qeyd edək ki, Kevin Medina da məhz Cənubi Amerika ölkələrindən olan Kolumbiyadandır.