“Qarabağ” Yunanıstana yola düşdü
- 29 Yan 2025 15:00
- 82
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin son - 8-ci turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Pireyə çarter reysi ilə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19:40-da mətbuat konfransı təşkil olunacaq. Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.
Yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.