
“Qarabağ” “Zirə”yə, "Kəpəz" "Sabah"a qalib gəldi
- 06 Apr 2025 21:31
- 75
Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Sabah” evdə “Kəpəz”lə qarşılaşıb və minimal hesabla uduzub. Günün digər oyunu lider “Qarabağ”la əsas izləyicisi “Zirə” arasında keçirilib. Bu görüşdə də Ağdam təmsilçisi tək qolla qələbə qazanıb.
Daha öncə keçirilmiş “Səbail” – “Turan Tovuz” matçında qapılara qol vurulmayıb – 0:0. “Şamaxı” – “Neftçi” və “Araz-Naxçıvan” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
29-cu tur
6 aprel
“Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda, 41.
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
“Bank Respublika Arena”, 17:00.
Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Kəpəz: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov. 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
“Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges, 15.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 90. Davit Volkov, 30. Rikardo Martins, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.