"Qarabağ”ın futbolçusu Abdullah Zubirə komandanın heyətində 300-cü oyununa çıxıb.
Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 29-cu turunun bu gün “Zirə”yə qarşı matçına təsadüf edib.
Bu münasibətlə klubun prezidenti Tahir Gözel oyundan əvvəl Zubirə xatirə forması təqdim edib.

