
“Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam” – Berezutski
- 22 Fev 2025 21:40
- 74
Sabah” Misli Premyer Liqasının 24-cü turunda bu gün “Qarabağ”la üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berzutskinin mətbuat konfransı keçirilib.
O, 1:1 hesab ilə başa çatan oyunu belə şərh edib:
“Çox maraqlı oyun alındı. Hava şəraitinin kəskin olmasına baxmayaraq. qarşılıqlı hücumlar oldu. Oyunun sonlarında qol fürsətlərimiz oldu. “Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam. Məşqlərdə bizim qədər hücumun sonlarınıdırılması ilə bağlı işləyən komanda yoxdu. Komandamın topla çıxışından narazı qaldım. Çoxlu top itkiləri olurdu”.
Burada futbolçu kimi çıxış etmisiniz sualına rusiyalı çalışdırıcı belə cavab verib:
“Həmin oyunda “Neftçi” ilə matçda ehtiyat oyunçular skamyasında oturmuşdum. Əfsanəvi stadionda oynamaq mənim üçün unudulmaz hisslərdi”.