Kipr "Omoniya"sının daha bir futbolçusu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.

Rekord.az xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə ev matçında meydana çıxmayacağı dəqiqləşib.

25 yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.

Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun "Qarabağ"la görüşdə iştirak etməyəcəyi açıqlanıb.

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.