“Qarabağ”a qol vuran futbolçu icarəyə göndərildi
- 31 Yan 2020 21:20
- 650
İspaniyanın “Sevilya” klubu futbolçusu Brayan Gili icarəyə verib.
Rekord.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Leqanes”in uğurları üçün çalışacaq.
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sevilya”nın yetirməsi olan Gil, bu mövsüm 7 oyunda iştirak edib və 1 qol vurub. İspan futbolçu yeganə qoluna Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la matçında (2:0) imza atıb.