"Qarabağ"a vurduğu qolu ən yaxşı sayır
- 08 Yan 2020 16:00
- 819
APOEL-in müdafiəçisi Giorgios Merkis karyerasında ötən ilin ən yaddaqalan məqamlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, yerli telekanallardan birində qonaq olan futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Nikosiyadakı ilk oyununda (1:2) "Qarabağ"ın qapısına vurduğu qolu 2019-un ən yaxşısı adlandırıb:
"Qarabağ"a vurduğum qolu fərqləndirərdim. Uduzsaq da, bilirdim ki, vacib qoldur. Mərhələnin adlayandan sonra bir daha qürur hiss keçirdim".
Merkis Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Düdelanj"a 3:4 hesabı ilə uduzduqları görüşü də xatırlayıb: "Məğlubiyyətə görə utanırdıq. APOEL-i müəyyən məbləğdə qazancdan etdik. Bu, böyük biabırçılıq idi. Həmin hadisədən sonra 2 gün evdə qaldım. "Lüksemburq klubuna uduzmuşuq" cümləsini işlədə bilmirdik".
Çempionlar Liqasında "Qarabağ"ın yolunu kəsən APOEL Avroliqanın qrup mərhələsində də təmsilçimizə "başağrı" olmuşdu. Ağdam klubu ilə Bakıda 2:2 heç-heçə oynayan kiprlilər evdə isə 2:1 hesablı əzmkar qələbə qazanmışdı.